Aİ: Çinin Rusiyaya dəstəyi Avropa üçün təhdiddir

Dünya

24.07.2025 17:20

Avropa İttifaqı (Aİ) Çinin Rusiyaya verdiyi dəstəyi Avropanın təhlükəsizliyinə təhdid kimi qiymətləndirir və bu faktın gələcəkdə Pekinlə münasibətlərin səviyyəsinə təsir edəcəyini bildirib. 

TodayPress TV xəbər verir ki, bu barədə Avropa Komissiyasının sədri Ursula fon der Lyayen Pekində keçirilən 25-ci Aİ-Çin sammitindən sonra keçirilən mətbuat konfransında açıqlama verib.

Fon der Leyen bildirib ki, Ukraynadakı münaqişə müzakirə edilib və Çinin Rusiyaya dəstəyinin Avropa üçün təhlükə olduğu bildirilib. 

Avropa İttifaqı hesab edir ki, Çinin Rusiyaya necə dəstək verəcəyi Aİ-Çin münasibətlərinin gələcəyində həlledici rol oynayacaq.

Fon der Lyayen əlavə edib ki, Aİ Ukrayna prezidenti Volodimir Zelenskiyə təsir göstərmək fikrində deyil, çünki o, artıq danışıqlara başlamağa hazırdır.

Türkan İsgəndərli

tag: Aİ,Çin,Rusiya,Lyayen,Todaypress.tv,