Qəzzada aclıqdan ölənlərin sayı 400-ə yaxınlaşdı
Dünya
06.09.2025 14:10
Qəzzada son 24 saatda 1-i uşaq olmaqla 6 fələstinli aclıq və qidalanma çatışmazlığı səbəbindən dünyasını dəyişib.
TodayPress TV xəbər verir ki, bu barədə anklavın Səhiyyə Nazirliyi məlumat yayıb.
Bununla da, 7 oktyabr 2023-dən bəri aclıqdan ölənlərin ümumi sayı 382-yə yüksəlib. Onların 135-i uşaqdır.
Xatırladaq ki, BMT-nin dəstəklədiyi Qida Təhlükəsizliyi üzrə İnteqrə Faza Təsnifatı (IPC) 22 avqustda Qəzzada rəsmi olaraq aclıq elan etmişdi. Həmin vaxtdan bəri 20-si uşaq olmaqla 104 nəfər qidalanma çatışmazlığı səbəbindən həyatını itirib.
IPC-nin son hesabatında qeyd olunur ki, 15 avqust 2025-dən etibarən Qəzza şəhərindəki aclıq “fəlakət səviyyəsi” kimi tanınan 5-ci mərhələyə çatıb.
Hesabatda bildirilib: “22 ay davam edən münaqişədən sonra Qəzza zolağında yarım milyondan çox insan aclıq, yoxsulluq və ölümün müşayiət etdiyi fəlakət şəraitində yaşayır”.
Töhfə Səməd
tag: Qəzza,Aclıq,Qidalanma,IPC,Todaypress.tv,