Ağ Ev: ABŞ Rusiya ilə yeni nüvə sazişi hazırlayır

Ağ Ev: ABŞ Rusiya ilə yeni nüvə sazişi hazırlayır
06.02.2026 07:30 Dünya

ABŞ administrasiyası Strateji Silahların Azaldılması Müqaviləsini əvəz edəcək yeni bir razılaşma hazırlamaq üçün Rusiya ilə danışıqları davam etdirməyi planlaşdırır. 

TodayPress TV xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Kerolin Livitt brifinqdə məlumat verib. 

"ABŞ Prezidenti Donald Tramp nüvə silahları üzrə mütəxəssislərimizin uzun müddət qüvvədə qalacaq yeni, təkmilləşdirilmiş və modernləşdirilmiş müqavilə üzərində işləməsini istəyir. Və məhz bu, ABŞ-nin Rusiya ilə müzakirə etməyə davam edəcəyi məsələdir", - deyə o bildirib. 

Aysel Mətləb

TodayPress TV

XƏBƏR LENTİ
21 IYUN 2026
Bütün Xəbərlər