ABŞ və Ukrayna hərbçiləri Mayamidə ərazi məsələlərini müzakirə edəcək
Dünya
16.12.2025 11:25
ABŞ və Ukrayna hərbi nümayəndə heyətləri Ukrayna münaqişəsi çərçivəsində ərazi məsələlərini müzakirə etmək üçün Mayami şəhərində görüşəcək.
TodayPress TV xəbər verir ki, “Politico” nəşri amerikalı rəsmilərə istinadən yazır ki, daha əvvəl Berlində keçirilən danışıqlarda ABŞ və Ukrayna tərəfləri bir sıra ərazi məsələlərini müzakirə ediblər.
Mənbələrin bildirdiyinə görə, müzakirə olunan variantlardan biri Rusiya və Ukraynanın Zaporojye Atom Elektrik Stansiyası (ZAES) üzərində nəzarəti bölüşməsi və hər iki tərəfin stansiyanın istehsal etdiyi enerjinin yarısına çıxış əldə etməsidir.
Nəşrin məlumatına görə, bundan sonra ABŞ tərəfi işçi qrupları formalaşdıracaq və ehtimal ki, bu həftəsonu Mayamidə hərbçilərin iştirakı ilə görüş keçiriləcək. Görüş zamanı xəritələr üzərində iş aparılaraq qalan ərazi məsələlərinin həlli yolları müzakirə olunacaq.
Qeyd edək ki, daha əvvəl ABŞ-nin Ukraynadan təhlükəsizlik zəmanətləri müqabilində – NATO-nun 5-ci maddəsinə bənzər mexanizm çərçivəsində ərazi güzəştləri tələb etdiyi barədə məlumat yayılmışdı. Bildirilirdi ki, bu qərar indi qəbul olunmalıdır, əks halda gələcəkdə Ukrayna üçün şərtlər daha az əlverişli ola bilər.
Qiymət Mahir
tag: ABŞ,Ukrayna,Mayami,Görüş,Todaypress.tv,
