ABŞ: Vaşinqton NATO-ya üzvlüyünü yenidən qiymətləndirir
ABŞ Prezidenti Donald Tramp hazırda Vaşinqtonun NATO-ya üzvlüyünü və Avropanın Ukraynaya hərbi yardım üçün dəstəyini yenidən qiymətləndirir.
TodayPress TV xəbər verir ki, bu barədə ABŞ-nin NATO-dakı daimi nümayəndəsi Metyu Uitaker “Newsmax” telekanalında bildirib.
“Aydındır ki, Prezident Tramp hər şeyi qiymətləndirir və nəzərdən keçirir, istər NATO-da iştirakımız, istər Ukraynadakı Avropa səylərinə dəstəyimiz, istərsə də ABŞ-nin digər hərəkətləri olsun”, - deyə o vurğulayıb və əlavə edib ki, bütün variantlar artıq masadadır.
Aysel Mətləb