ABŞ Rusiyanın üç yük gəmisinə qarşı sanksiyaları ləğv etdi
ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) Rusiya bayrağı altında üzən üç gəmiyə qarşı sanksiyaları ləğv edib.
TodayPress TV xəbər verir ki, bu barədə OFAC-ın açıqlamasında bildirilib.
Məlumata görə, “FESCO Moneron” və “FESCO Magadan” konteyner gəmilərinə, eləcə də “SV Nikolay” yük gəmisinə qarşı sanksiyalar qaldırılıb.
Qeyd edək ki, “FESCO Moneron” və “FESCO Magadan” şirkətləri, o dövrdə artıq sanksiya tətbiq edilmiş “PSB Leasing” ilə əlaqələri səbəbindən 22 fevral 2022-ci ildə ABŞ sanksiyaları altına alınıb.
Aysel Mətləb