ABŞ Rusiyadan palladium idxalına rüsum tətbiq edə bilər

ABŞ Rusiyadan palladium idxalına rüsum tətbiq edə bilər
14.02.2026 06:50 Dünya

ABŞ hakimiyyəti Rusiyadan idxal edilən xam palladiuma qarşı 132,83% həcmində antidempinq rüsumu tətbiq etməyi nəzərdə tutur.  

TodayPress TV xəbər verir ki, bu barədə “TASS” məlumat yayıb. 

Məlumata görə, rüsum qərarı qüvvəyə minərsə, metalın ABŞ bazarına tədarükü əhəmiyyətli dərəcədə məhdudlaşa bilər. 

Bildirilib ki, ABŞ Ticarət Nazirliyi ilkin qaydada belə rüsumun tətbiqinə qərar verib və sənəd “Federal Register”də dərc olunduqdan sonra qüvvəyə minə bilər.  

Qeyd olunub ki, qərar yekun təsdiq üçün ABŞ Beynəlxalq Ticarət Komissiyası və Ticarət Nazirliyi tərəfindən iyun 2026-cı ilədək təsdiqlənməlidir. 

Aysel Mətləb

TodayPress TV

XƏBƏR LENTİ
21 IYUN 2026
Bütün Xəbərlər