ABŞ Putin və Buş arasında aparılan söhbətlərin mətnini yayımladı
ABŞ Milli Təhlükəsizlik Arxivi Rusiya Prezidenti Vladimir Putin ilə keçmiş ABŞ Prezidenti Corc Buş arasında 2001, 2005 və 2008-ci illərdə aparılan söhbətlərin transkriptlərini açıqlayıb.
TodayPress TV "Gazeta.ru"ya istinadən xəbər verir ki, transkriptlər Milli Təhlükəsizlik Arxivi tərəfindən dərc edilib.
Mənbələr bildirir ki, 2001-ci ildə Putin Buşun yaxın müttəfiqi idi, çünki onlar terrorizmə qarşı mübarizədə ortaq maraqları bölüşürdülər.
Məlumata görə, o zaman Putin Çeçenistanda, Buş isə Əl-Qaidəyə qarşı (Rusiyada qadağan olunmuş təşkilat) fəaliyyət göstərirdi.
Jalə Rövşən