ABŞ ordusu Almaniyadan çıxarılır? – MÜƏMMALI REAKSİYA...

Dünya

04.05.2026 10:40

Avropa Komissiyasının sədri ABŞ qoşunlarının Almaniyadan çıxarılması məsələsinə münasibət bildirməyib.

TodayPress TV TASS-a istinadən xəbər verir ki, bunu Ursula von der Leyen jurnalistlərin sualını cavabsız qoyaraq göstərib.

Məlumata görə, o, yalnız bildirib ki, Avropa Siyasi Birliyinin sammitində hərbi təhlükəsizlik məsələsi enerji təhlükəsizliyindən sonra ikinci əsas mövzu olacaq.

Fon der Lyayen vurğulayıb ki, Avropa İttifaqı müdafiə və təhlükəsizlik sahəsində daha müstəqil olmalıdır.

Qeyd olunur ki, ABŞ qoşunlarının Almaniyadan çıxarılması ilə bağlı suallara cavab vermədən o, sammitin keçirildiyi Ermənistanda tədbirə qatılmaq üçün yoluna davam edib.

Xatırladaq ki, Donald Tramp ABŞ hərbi kontingentinin Almaniyada azaldıla biləcəyini açıqlamışdı.

Məlumata görə, ABŞ bir il ərzində təxminən 5 min hərbçini Almaniyadan çıxarmağı planlaşdırır.

Qiymət Mahir

tag: Tramp ,ABŞ,Almaniya,Avropa İttifaqı,TodayPress TV,