ABŞ: Obama uğursuzluğa düçar olacaq

ABŞ: Obama uğursuzluğa düçar olacaq
24.07.2025 17:57 Dünya

ABŞ-nin keçmiş prezidenti Barak Obama vətənə xəyanətə görə ittiham olunmayacaq. 

TodayPress TV xəbər verir ki, bu barədə ABŞ senatoru Ted Kruz bildirib.

Onun sözlərinə görə, baxmayaraq ki, bəzi cəhdlər Obamanı ləkələməyə yönəlib, o, xəyanətə görə mühakimə olunmayacaq.

Lakin Kruz qeyd edib ki, Obama administrasiyasının bəzi üzvləri yalan ifadə vermək və sübutları saxtalaşdırmaq kimi iddialarla cinayət məsuliyyətinə cəlb oluna bilərlər.

Obamanın nümayəndəsi Patrik Rodenbuş isə bu ittihamları "absurd" adlandırıb və onları Tramp administrasiyasının diqqəti yayındırmaq üçün uğursuz cəhdi kimi qiymətləndirib.

Türkan İsgəndərli

XƏBƏR LENTİ
17 IYUL 2026
Bütün Xəbərlər