ABŞ-nin təyyarədaşıyan gəmisi Ərəb dənizinə daxil oldu
ABŞ Hərbi Dəniz Qüvvələrinin "Abraham Lincoln" təyyarədaşıyan gəmisinin rəhbərlik etdiyi zərbə qrupu, iki təchizat gəmisi və sahil mühafizəsi gəmiləri ilə birlikdə Ərəbistan dənizinə daxil olduğu bildirilib.
TodayPress TV xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı “X” sosial media platformasında açıqlama verib.
Məlumata görə, hərbi təyyarələr donanmanın üzərindən uçub.
Aysel Mətləb