ABŞ-nin neft ehtiyatı son 43 ilin ən aşağı səviyyəsinə düşdü

ABŞ-nin neft ehtiyatı son 43 ilin ən aşağı səviyyəsinə düşdü
16.06.2026 06:30 Dünya

İrandakı müharibənin neft qiymətlərini sürətlə artırmasından sonra bazara milyonlarla barel neft buraxan ABŞ-nin strateji neft ehtiyatı 43 ilin ən aşağı səviyyəsinə enib.

TodayPress TV xəbər verir ki, bu barədə ABŞ Energetika Nazirliyinin məlumatında bildirilib.

Məlumata görə, ölkənin Strateji Neft Ehtiyatı təxminən 340,3 milyon barelə düşüb.

Beləliklə, ABŞ-nin strateji neft ehtiyatı 1983-cü ildən bəri qeydə alınan ən aşağı səviyyəyə geriləyib.

Aysel Mətləb

TodayPress TV

XƏBƏR LENTİ
16 IYUN 2026
Bütün Xəbərlər