ABŞ-nin ilk hərbi qüvvələri Rumıniyaya yerləşdirildi
Dünya
16.03.2026 10:39
15 mart Rumıniyaya üç ədəd "Boeing KC-135 Stratotanker" tanker təyyarəsi çatıb.
TodayPress TV xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.
Bu, Buxarest tərəfindən təsdiqlənmiş ABŞ hərbi qüvvələrinin ölkədə ilk yerləşdirilməsi hesab olunur.
Təyyarələrin yaxın vaxtlarda havada yanacaq doldurma missiyalarına başlayacağı bildirilir. Onlardan F-15, F-22 və F-35 kimi qırıcı təyyarələrə havada yanacaq vermək üçün istifadə oluna bilər.
Bundan əlavə, Rumıniyaya radar sistemləri, müşahidə sensorları və bir neçə yüz ABŞ əsgərinin də gətiriləcəyi gözlənilir.
Daha əvvəl Rumıniya parlamenti ABŞ hərbi qüvvələrinin ölkə ərazisində müvəqqəti yerləşdirilməsinə icazə verib. Qərar dövlətin militarizasiyasına qarşı çıxan müxalifətdəki Rumınların Birləşməsi Alyansı tərəfindən tənqid edilsə də qəbul olunub.
Media məlumatlarına görə, yerləşdirilən qüvvələrə qırıcı təyyarələr və Yaxın Şərqdəki əməliyyatlar üçün təxminən 500 əsgər də daxil ola bilər.
Türkan İsgəndərli
tag: Rumıniya,ABŞ,Hərbi,Yanacaq,Todaypress.tv,
