ABŞ-nin hərbi kontingenti Litvaya gəlib - Anons verildi
ABŞ Silahlı Qüvvələrinin yeni kontingentinin Litva ərazisində yerləşdirilməsi ilə bağlı qərar faktiki olaraq qəbul edilib.
TodayPress TV xəbər verir ki, bu barədə "Žinių radijas" radiostansiyasının efirində parlamentin Milli təhlükəsizlik və müdafiə komitəsi sədrinin müavini Laurinas Kasçunas bildirib.
"Litvaya say baxımından bir qədər kiçik hərbi kontingentin göndərilməsi istisna edilmir. Bununla belə, ümumilikdə status-kvo qorunub saxlanılacaq. Bu barədə qeyri-rəsmi qərar artıq qəbul edilib", - o deyib.
Kasçunasın sözlərinə görə, amerikalı hərbi qulluqçuların yay ərzində gəlişi gözlənilir.
2019-cu ildən başlayaraq Baltikyanı dövlətdə rotasiya əsasında "Abrams" tankları, "Bradley" piyada döyüş maşınları və "Paladin" artilleriya kompleksləri ilə təchiz edilmiş təxminən min hərbçidən ibarət ABŞ Silahlı Qüvvələrinin ağır batalyonu yerləşirdi. 2024-cü ilin noyabrında rotasiyanın daimi rejimə - bölmələrin növbələşməsi arasında fasilələr olmadan keçirilməsi qərara alınıb. Cari ilin iyun ayının əvvəlində batalyonun Litva ərazisindən çıxarılması prosesi başlayıb. Hazırda onu əvəz edəcək qüvvələr isə hələ gəlməyib.