ABŞ-nin 82-ci Hava-Desant Diviziyasının ilk əsgərləri Yaxın Şərqə çatdı

ABŞ-nin 82-ci Hava-Desant Diviziyasının ilk əsgərləri Yaxın Şərqə çatdı
31.03.2026 12:03 Dünya

ABŞ ordusunun təxminən 3 min əsgərdən ibarət 82-ci Hava-Desant Diviziyasının briqadasından ilk əsgərlər Yaxın Şərqə çatıb.

TodayPress TV xəbər verir ki, bu barədə “Reuters” yazıb.

Nəşrin məlumatına görə, döyüşçülərə hələlik tapşırıq verilməyib, lakin onların yerləşdirilməsi İran ərazisində quru əməliyyatının mümkünlüyü barədə xəbərlər fonunda həyata keçirilir.

Qeyd edək ki, əvvəllər Pentaqonun bölgəyə 2000-ə qədər paraşütçü göndərmək niyyətində olduğu bildirilirdi.

Nicat Osmanlı


XƏBƏR LENTİ
20 IYUN 2026
Bütün Xəbərlər