ABŞ kəşfiyyatı: İranın nüvə proqramı ləngiməyib

ABŞ kəşfiyyatı: İranın nüvə proqramı ləngiməyib
05.05.2026 01:22 Dünya

Son hərbi toqquşmalar İranın nüvə proqramına ciddi təsir göstərməyib və onu əhəmiyyətli dərəcədə ləngitməyib.

TodayPress TV xəbər verir ki, bu barədə “Reuters” ABŞ kəşfiyyatındakı rəsmilərə istinadən məlumat yayıb.

Bildirilib ki, İran belə bir qərar qəbul edərsə, nüvə silahı hazırlaması təxminən 9–12 ay çəkə bilər. Bu müddət 2025-ci illə müqayisədə demək olar ki, dəyişməz qalıb.

Bundan əlavə, İranın yüksək səviyyədə zənginləşdirilmiş uran ehtiyatlarının böyük hissəsi qorunub saxlanılıb və tam şəkildə qiymətləndirilməyib. Ekspertlər vurğulayırlar ki, bu amil potensial nüvə silahının hazırlanma müddətinin müəyyənləşdirilməsində həlledici rol oynayır.

TodayPress TV

XƏBƏR LENTİ
21 IYUN 2026
Bütün Xəbərlər