ABŞ İsrailə milyardlarla dollarlıq silah satışını təsdiqlədi

Dünya

31.01.2026 11:15

ABŞ İranla gərginliyin artdığı bir vaxtda İsrailə milyardlarla dollar dəyərində silah satışına razılıq verib. 

TodayPress TV xəbər verir ki, bu barədə "AFP" məlumat yayıb.

ABŞ Dövlət Departamenti İsrailə 3,8 milyard dollar dəyərində 30 ədəd “Apaçi” hücum helikopterinin satılmasını təsdiqlədiyini bildirib. Açıqlamada qeyd olunub ki, ABŞ İsrailin təhlükəsizliyinə sadiqdir və onun özünümüdafiə imkanlarının gücləndirilməsi Vaşinqtonun milli maraqlarına uyğundur.

Müqaviləyə həmçinin 1,8 milyard dollar dəyərində “Joint” yüngül taktiki nəqliyyat vasitələrinin satışı da daxildir.

Qeyd edək ki, ABŞ hər il İsrailə milyardlarla dollar dəyərində hərbi texnika göndərir və bu yardımların böyük hissəsi satış deyil, hərbi yardım formasında təqdim olunur.

Türkan İsgəndərli

TodayPress TV

tag: ABŞ,İran,İsrail,Silah,Todaypress.tv,