ABŞ İranla münaqişəni aprelin 9-dan gec olmayaraq həll etmək istəyir
ABŞ aprelin 9-na qədər İranla münaqişənin həlli üçün razılığa gəlməyi planlaşdırır.
TodayPress TV xəbər verir ki, bu barədə “Ynet” mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, İsrail mənbəsi amerikalıların müharibənin bitmə tarixini 9 aprel olaraq təyin etdiyini bildirib.
Bildirilib ki, münaqişənin 9 apreldə başa çatması ABŞ prezidenti Donald Trampa İsrailin Müstəqillik Günü tədbirlərində iştirak edərək ölkənin ən yüksək dövlət mükafatı olan “İsrail Mükafatı” almağa imkan verəcək.
Mənbə əlavə edib ki, ABŞ-İran danışıqlarının bu həftə Pakistanda keçirilməsi planlaşdırılır.
Aysel Mətləb