ABŞ İranın vurduğu "cüzi" ziyanı yığıb-yığışdıra bilmir - Pentaqon təcili müraciət etdi

ABŞ İranın vurduğu "cüzi" ziyanı yığıb-yığışdıra bilmir - Pentaqon təcili müraciət etdi
19.06.2026 09:02 Dünya

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) İrana qarşı hərbi əməliyyatlar və digər xərclərin qarşılanması üçün Konqresdən əlavə 80 milyard dollar maliyyə ayrılmasını istəyib.

TodayPress TV xəbər verir ki, bu barədə “The Wall Street Journal” qəzeti məlumat yayıb.

Məlumata görə, ABŞ müdafiə nazirinin müavini Stiven Faynberq bu həftə Konqres üzvləri ilə telefon danışıqları zamanı əlavə maliyyə ehtiyacını gündəmə gətirib.

Nəşrin yazdığına görə, Pentaqon rəhbərliyi bildirib ki, Konqres yeni hərbi xərclər paketini təsdiqləməsə, yay aylarında ordunun əməliyyatlar üçün ayırdığı vəsaitlər tükənə bilər. Bu isə hərbi təlimlərin və digər prioritet proqramların maliyyələşdirilməsinə təsir göstərəcək.

Mənbələrin bildirdiyinə görə, tələb olunan vəsaitin bir hissəsi hərbi gəmilərin fəaliyyəti, şəxsi heyətin təminatı və silah-sursat ehtiyatlarının bərpasına yönəldiləcək.

Qeyd edək ki, Pentaqonun 2026-cı maliyyə ili üzrə büdcəsi təxminən 1 trilyon dollar təşkil edir.

Xatırladaq ki, daha əvvəl ABŞ rəsmiləri İrana qarşı hərbi əməliyyatların may ayının ortalarınadək təxminən 29 milyard dollara başa gəldiyini açıqlamışdılar.

Jalə Rövşən 

XƏBƏR LENTİ
19 IYUN 2026
Bütün Xəbərlər