ABŞ İranın daxili işlər nazirinə qarşı sanksiyalar tətbiq etdi
Dünya
31.01.2026 14:30
ABŞ İranın daxili işlər naziri İsgəndər Momeni və Tehranın çirkli pullarının yuyulmasına kömək etdiyini iddia etdiyi bir iş adamına qarşı sanksiyalar tətbiq edib.
TodayPress TV xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.
Maliyyə Nazirliyi bu addımı açıqlayaraq bildirib ki, təhlükəsizlik qüvvələrinə rəhbərlik edən Momeni bu ay İranda minlərlə dinc etirazçının ölümünə görə məsuliyyət daşıyır.
Məlumata görə, tətbiq edilən maliyyə sanksiyaları İran xalqına qarşı “qəddar repressiyalarda" iştirak edən daha beş İran təhlükəsizlik məmurunu da hədəfə alıb.
Sanksiyalar həmçinin investor Babək Zəncani və Böyük Britaniyada qeydiyyatdan keçmiş iki rəqəmsal aktiv birjasına da tətbiq edilib. Maliyyə Nazirliyinin məlumatına görə, bu birjalar İran İslam İnqilabı Keşikçiləri Korpusu ilə əlaqəli vəsaitləri idarə edir.
Həmçinin ABŞ-nin maliyyə naziri Skott Bessent bildirib ki, ABŞ sanksiyalardan yayınmaq və kibercinayətkar əməliyyatları maliyyələşdirmək üçün rəqəmsal aktivlərdən istifadə edən İran elitalarını və onların şəbəkələrini hədəf almağa davam edəcək.
Aysel Mətləb
tag: ABŞ,İran,Sanksiya,Tətbiq,Todaypress.tv,
