ABŞ İrana gecə zərbəsi endirdi – VİDEO
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İrana qarşı gecə saatlarında hava zərbələri endirdiyini açıqlayıb.
TodayPress TV xəbər verir ki, CENTCOM-un məlumatına görə, əməliyyat İranın Hörmüz boğazında ticarət gəmisinə pilotsuz uçuş aparatı ilə hücumundan sonra həyata keçirilib.
Zərbələr zamanı İranın raket və pilotsuz uçuş aparatlarının saxlanıldığı məntəqələr, eləcə də sahil radar obyektləri hədəf alınıb.
İran tərəfi hücumu "təcavüz aktı" adlandıraraq buna cavab verəcəyini bəyan edib. ABŞ isə əməliyyatın bölgədə dəniz naviqasiyasının təhlükəsizliyini qorumaq məqsədi daşıdığını bildirib.
Hücum nəticəsində yaranan dağıntılar və mümkün itkilərlə bağlı hələlik rəsmi məlumat açıqlanmayıb.
Türkan İsgəndərli