ABŞ İran sahillərinə altıncı esminesi yerləşdirdi

ABŞ İran sahillərinə altıncı esminesi yerləşdirdi
30.01.2026 10:14 Dünya

Son 48 saat ərzində ABŞ Hərbi Dəniz Qüvvələrinin altıncı esminesi olan “USS Delbert D. Black” bölgəyə daxil olub.

TodayPress TV xəbər verir ki,  bu barədə “Reuters” agentliyi mənbələrə istinadən məlumat yayıb.

Hazırda İran yaxınlığında "Abraham Lincoln" təyyarədaşıyan gəmisi də daxil olmaqla bir donanma yerləşdirilib. 

Məlumata görə, ABŞ Prezidenti Donald Tramp İrana təzyiq göstərmək üçün müxtəlif variantları, o cümlədən İran təhlükəsizlik qüvvələrinə və hökumət binalarına hücumları nəzərdən keçirir. Mənbələr bildirir ki, Trampın məqsədi minlərlə insanın ölümünə səbəb olan kütləvi etirazların yatırılmasından sonra ölkənin siyasi rəhbərliyində dəyişiklik üçün şərait yaratmaqdır.

Mənbələr vurğulayır ki, hərbi güc tətbiqi ilə bağlı hələlik yekun qərar verilməyib.

Aysel Mətləb

TodayPress TV

XƏBƏR LENTİ
20 IYUN 2026
Bütün Xəbərlər