ABŞ hökumətin bağlanması layihələrini təsdiqlədi
Dünya
04.02.2026 01:22
ABŞ Nümayəndələr Palatası 2026 maliyyə ilinin sonuna (30 sentyabr) qədər federal hökumətin maliyyələşdirilməsi üçün qanun layihələri paketini təsdiqləyib.
TodayPress TV xəbər verir ki, bu barədə “CNN” məlumat yayıb.
Məlumata görə, paketin təsdiqlənməsi Daxili Təhlükəsizlik Departamenti üçün daha bir maliyyə uçurumu yaradıb.
Bildirilib ki, Konqresin 217 üzvü paketin lehinə, 214 üzvü isə əleyhinə səs verib. Hazırda sənəd imzalanması üçün ABŞ Prezidenti Donald Trampa göndərilir.
Qeyd edək ki, 12 qanun layihəsinin 11-i üçün maliyyələşdirmə 30 sentyabr tarixinə qədər təmin ediləcək. İşin davam etdiriləcəyi yeganə sənəd Daxili Təhlükəsizlik Departamentinin büdcəsidir. Paket həmçinin bu agentliyə 13 fevral tarixinə qədər müvəqqəti maliyyələşdirməni nəzərdə tutur. Bu son tarixə qədər qanunvericilər departamentin bir hissəsi olan İmmiqrasiya və Gömrük Xidməti üçün büdcə düzəlişlərini təsdiqləməlidirlər.
Aysel Mətləb
tag: ABŞ ,Hökumət,Bağlanma,Tramp,Todaypress.tv,
