ABŞ-də zavodda güclü partlayış baş verdi - Ölənlər var
ABŞ-nin Tennessi ştatında yerli müdafiə şirkəti "Accurate Energetic Systems"ə məxsus partlayıcı maddələr zavodunda güclü partlayış baş verib.
Bu barədə TodayPress TV “BBC”yə istinadən məlumat verir.
Məlumata görə, partlayış nəticəsində bir neçə nəfər ölüb.
Dəqiq say müəyyənləşdirilir.
Hazırda Fövqəladə Hallar Xidmətinin əməkdaşları hadisə yerində fəsadların aradan qaldırılması üçün çalışır.