ABŞ-də yük qatarı relsdən çıxdı

ABŞ-də yük qatarı relsdən çıxdı
31.12.2025 18:36 Dünya

ABŞ-nin Kentukki ştatında dekabrın 30-u səhər saatlarında yük qatarının 31 vaqonu relsdən çıxıb.

TodayPress TV xəbər verir ki, bu barədə dəmir yolu operatoru “CSX Corporation” məlumat yayıb.

Qəza nəticəsində vaqonlardan birindən ərimiş kükürd sızıb və yanğın yaranıb. Hadisə yerinə fövqəladə qəza xidmətləri cəlb olunub.

Kentukki ştatının Todd dairəsinin hakimiyyət orqanları yerli sakinlərə təhlükəsizlik məqsədilə ərazidən uzaqlaşmağı tövsiyə edib. Dairənin Fövqəladə Hallar üzrə İdarəsinin rəhbəri bildirib ki, əsas məqsəd ətraf mühit üçün yarana biləcək risklərin minimuma endirilməsidir.

TodayPress TV

XƏBƏR LENTİ
20 IYUN 2026
Bütün Xəbərlər