ABŞ-də Trampa qarşı kütləvi etirazlar keçirildi
Dünya
31.01.2026 14:15
ABŞ-də Prezident Donald Tramp administrasiyasının immiqrasiya siyasətinə etiraz olaraq genişmiqyaslı aksiyalar və tətillər keçirilib.
TodayPress TV xəbər verir ki, bu barədə "Associated Press" məlumat yayıb.
Etirazlar “iş yoxdur, məktəb yoxdur, alış-veriş yoxdur” şüarı altında təşkil olunub.
Aksiyalar Minneapolisdə 37 yaşlı tibb bacısı Aleks Pretinin öldürülməsindən sonra artan narazılıq fonunda baş tutub. Bundan əvvəl isə yanvarın 7-də ABŞ İmmiqrasiya və Gömrük Xidmətinin əməkdaşı tərəfindən güllələnərək öldürülən Rene Qudun ölümü hökumətin immiqrasiya taktikalarına qarşı tənqidləri gücləndirib.
Kütləvi yürüşlər gözlənildiyi üçün Arizona, Kolorado və digər ştatlarda bəzi məktəblərdə dərslər ləğv edilib. Ölkə üzrə şəhər mərkəzlərində, hökumət binaları və kilsələr yaxınlığında çoxsaylı etiraz aksiyaları planlaşdırılıb.
Türkan İsgəndərli
tag: ABŞ,Aksiya,Tramp,İmmiqrasiya,Todaypress.tv,
