ABŞ-də qatar yük maşını ilə toqquşdu: Ölənlər var
Amerika Birləşmiş Ştatlarının Missisipi ştatında qatarın yük avtomobilinə çırpılması nəticəsində 5 nəfər həyatını itirib.
TodayPress TV xəbər verir ki, bu barədə "Associated Press" məlumat yayıb.
Məlumata görə, ölənlərin hamısı həmin nəqliyyat vasitəsində olub. Sağ qalan yeganə sərnişin təcili olaraq xəstəxanaya yerləşdirilib.
Qatarda olan şəxslərdən heç biri xəsarət almayıb.