ABŞ-də qadın 20 ildir beyinsiz yaşayır

Dünya

11.11.2025 21:30

ABŞ-də beyinsiz doğulan qadın 20 yaşına qədər yaşadı.

TodayPress TV "Lenta.ru"ya istinadən xəbər verir ki, ABŞ-nin Nebraska ştatının Omaha şəhərində hidranensefaliya diaqnozu ilə doğulan Aleks Simpson həkimlərin proqnozlarına baxmayaraq 20 yaşına qədər yaşayaraq rekord nəticə göstərib.

2005-ci ildə anadan olan Aleksə ilkin olaraq dörd ildən çox yaşam şansı verilməmişdi. Valideynləri onun bu yaşa qədər çatmasını möcüzə adlandırır və qızlarını “mübariz” kimi təsvir edirlər.

Ailəsinin sözlərinə görə, Aleks görməsə də və eşitməsə də, yaxınlarının varlığını hiss edir və onların emosional vəziyyətlərinə reaksiya verə bilir. Hidranensefaliya nadir rast gəlinir — təxminən 5–10 min hamiləlikdən birində baş verir və əksər hallarda uşaqlar ilk ilində dünyasını dəyişir.

Jalə Rövşən

TodayPress TV



tag: ABŞ,Hidranensefaliya ,Omaha,Beyin,Todaypress.tv,