ABŞ-də neft buruqlarının sayı azalıb
ABŞ-də neft sondaj qurğularının (buruqların) sayı 14–20 iyun həftəsində əvvəlki həftə ilə müqayisədə 1 vahid azalaraq 438-ə enib.
TodayPress TV xəbər verir ki, bu barədə “Baker Hughes” neft sahəsi xidmətləri şirkəti həftəlik məlumatında bildirib.
Son bir il ərzində isə ABŞ-də fəaliyyət göstərən neft buruqlarının sayı 46 ədəd azalıb.
Qeyd edək ki, "Qərbi Texas" (WTI) növü xam neftin bir bareli iyunun 20-də 73,49 dollar olub.
Töhfə Səməd