ABŞ-də işsizlik ən yüksək səviyyəyə çatdı

Dünya

17.12.2025 02:12

ABŞ-də noyabr ayında 64 min yeni iş yeri yaradılıb, oktyabrda isə iş yerlərinin sayı 105 min azalıb.

TodayPress TV xəbər verir ki, bu barədə ABŞ Əmək Nazirliyinin hesabatında qeyd olunub.

Qeyd olunub ki, işsizlik səviyyəsi 4.6 faizə yüksələrək, 2021-ci ildən bəri ən yüksək göstəriciyə çatıb və işsizlərin sayı 6.1 milyon nəfər təşkil edib.

Oktyabr ayına dair məlumatların açıqlanması 43 gün davam edən "şatdaun" (hökumətin işinin dayanması) səbəbindən gecikib. Oktyabrda iş yerlərinin kəskin azalması bir ay əvvəl Hökumətin Səmərəliliyi Departamenti (DOGE) tərəfindən 162 min dövlət qulluqçusunun işdən çıxarılması ilə bağlı olub.

Ən çox yeni iş yerləri səhiyyə və tikinti sahələrində yaranıb - müvafiq olaraq 46 min və 28 min. Eyni zamanda dövlət xidməti, nəqliyyat, istirahət və qonaqpərvərlik sahələrində məşğulluq azalıb.

tag: ABŞ,Əmək Nazirliyi, İşsizlik, Faiz, todayprfess.tv,