ABŞ bu ölkədən qoşunların qismən çıxarılmasını nəzərdən keçirir

ABŞ bu ölkədən qoşunların qismən çıxarılmasını nəzərdən keçirir
02.05.2026 21:38 Dünya

ABŞ hərbi rəsmiləri qeyri-rəsmi danışıqlarda Almaniyadan Amerika qoşunlarının qismən çıxarılması məsələsinin nəzərdən keçirildiyini bildiriblər.

TodayPress TV xəbər verir ki, bu barədə mənbələrə istinadən The New York Times məlumat yayıb.

Məlumata görə, bu addım Berlinin İranla bağlı mövqeyinə cavab tədbiri kimi qiymətləndirilir.

Bildirilir ki, Almaniyanın ABŞ-nin İrana qarşı hərbi əməliyyatına dəstək verməkdən imtina etməsi Vaşinqtonda narazılıq doğurub.

Mənbələrin sözlərinə görə, Pentaqon daha əvvəl də Almaniyadakı hərbi mövcudluğun azaldılması ehtimalını nəzərdən keçirsə də, bu halda qərarın əsasən Almaniya hakimiyyətinin tənqidi mövqeyinə reaksiya vermək məqsədi daşıdığı qeyd olunur.

TodayPress TV

XƏBƏR LENTİ
20 IYUN 2026
Bütün Xəbərlər