12 gündə İsrailə 550 raket atıldı
İranın 12 günlük eskalasiya müddətində İsrail ərazisinə 550 raket atdığı açıqlanıb.
TodayPress TV xəbər verir ki, bu barədə İsrail Baş nazirinin ofisinin məsləhətçisi Dmitri Hendelman məlumat yayıb.
O əlavə edib ki, İran tərəfi eyni zamanda İsrailə qarşı 1000-dən çox pilotsuz uçuş aparatı da istifadə edib.
Atəşkəs nəticəsində 28 nəfər həlak olub, 1472 nəfər müxtəlif dərəcəli xəsarət alıb.