Subasmaya məruz qalan ərazilərdə yağış sularının idarə olunması sistemi qurulacaq
Daxili siyasət
12.01.2026 16:05
Abşeron yarımadasının subasmaya məruz qalan ərazilərində yağış sularının idarə olunması sistemləri qurulacaq.
TodayPress TV xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Bakı şəhərində və Abşeron yarımadasında su təchizatı, yağış və tullantı suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026−2035-ci illər üçün Dövlət Proqramı”nında əksini tapıb.
Dövlət Proqramına əsasən, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi İqtisadiyyat Nazirliyi ilə birlikdə 2026−2034-cü illərdə Abşeron yarımadasında subasmaya məruz qalan ərazilərin müəyyənləşdirilməsini, texniki-iqtisadi əsaslandırılma və layihə sənədlərinin hazırlanmasını, yağış sularının idarəetmə sisteminin qurulması və subasmaya məruz qalan ərazilərin sayının 30 faizdən çox azaldılmasını təmin etməlidir.
tag: Prezident,İlham Əliyev,Proqram,Təsdiq,Todaypress.tv,
