MM Naxçıvan Ali Məhkəməsinin hakiminin vəzifəsindən azad edilməsini təsdiqlədi

MM Naxçıvan Ali Məhkəməsinin hakiminin vəzifəsindən azad edilməsini təsdiqlədi
24.10.2025 12:12 Daxili siyasət

Milli Məclis Naxçıvan Ali Məhkəməsinin hakimi Fərman Abbasovun vəzifəsindən azad edilməsini təsdiqləyib.

TodayPress TV xəbər verir ki, bununla bağlı müvafiq sənəd parlamentin bugünkü plenar iclasında müzakirə edilib.

Layihəyə əsasən, Fərman Məmməd oğlu Abbasov vəzifəsinin dəyişdirilməsi ilə əlaqədar Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi vəzifəsindən azad edilib.

Qərar layihəsi müzakirələrdən sonra səsverməyə qoyularaq bir oxunuşda qəbul edilib.

Xatırladaq ki, Fərman Abbasov 2013-cü ildən Naxçıvan MR Ali Məhkəməsinin hakimi idi.

TodayPress TV

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər