Milli Məclisdə beynəlxalq parlament konfransı keçiriləcək

Milli Məclisdə beynəlxalq parlament konfransı keçiriləcək
27.10.2025 12:57 Daxili siyasət

Milli Məclisdə oktyabrın 29-da Azərbaycan Konstitusiyasının qəbul edilməsinin 30 illiyinə həsr olunmuş beynəlxalq parlament konfransı keçiriləcək.

TodayPress TV xəbər verir ki, konfrans "Konstitusiya müasir dünyada dövlətlərin müstəqilliyinin və suverenliyinin təməli kimi" mövzusuna həsr olunub.

Konfrans çərçivəsində iştirakçılar müasir dövlətlərin hüquqi əsaslarının möhkəmləndirilməsində konstitusiyaların rolu, dövlətlərin suverenliyi və milli müstəqilliyinin qorunması istiqamətində fikir mübadiləsi aparacaqlar.

Tədbirdə 20-dək ölkənin parlament nümayəndə heyətlərinin, eləcə də 5 beynəlxalq təşkilatın təmsilçilərinin iştirakı gözlənilir.

TodayPress TV

XƏBƏR LENTİ
22 IYUL 2026
Bütün Xəbərlər