Kamran Əliyev: Vətən müharibəsinin 24 iştirakçısı prokurorluq orqanlarında qulluğa qəbul edilib

Daxili siyasət

13.01.2026 11:11

Vətən müharibəsinin başa çatmasından sonra keçirilmiş 6 müsabiqənin nəticələri üzrə müvəffəqiyyət qazanan 24 nəfər müharibə iştirakçısı prokurorluq orqanlarında qulluğa qəbul edilib.

TodayPress TV xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev prokurorluq orqanlarında qulluğa yeni qəbul edilən gənc hüquqşünasların andiçmə mərasimində deyib.

O, həmin şəxslərin 2020-ci ildən bildirib ki, bu gün qulluğa qəbul olan gənclərdən 1-i Vətən müharibəsinin, 1-i isə Azərbaycanın suverenliyinin bərpası uğrunda 2023-cü il sentyabrın 19-20-də Qarabağ iqtisadi regionunda qanunsuz erməni silahlı birləşmələrinə qarşı keçirilmiş antiterror əməliyyatlarının iştirakçısı olmaqla, artıq prokurorluq orqanlarında xidmətlərini davam etdirəcəklər.

TodayPress TV

tag: Kamran Əliyev,Baş Prokuror,Tədbir,Çıxış,Todaypress.tv,