İlham Əliyev: ""Qarabağ" klubu xalqımızı qürurlandırmaqda davam edir"

İlham Əliyev: ""Qarabağ" klubu xalqımızı qürurlandırmaqda davam edir"
01.10.2025 23:16 Daxili siyasət

Prezident İlham Əliyev "Qarabağ" klubunu UEFA Çempionlar Liqasının Liqa mərhələsinin II turunda Danimarkanın "Kopenhagen" klubu üzərində 2:0 hesablı qələbə qazanması münasibətilə təbrik edib.

TodayPress TV xəbər verir ki, təbrikdə deyilir:

"Danimarka çempionu "Kopenhagen" futbol klubu üzərində inamlı qələbə qazanması münasibətilə "Qarabağ" futbol klubunu, bütün Azərbaycan futbol ictimaiyyətini ürəkdən təbrik edirəm.

Planetin ən güclü klub turnirinin əsas mərhələsində 2 oyunda 2 parlaq qələbə əldə edən "Qarabağ" dünya futbolunun nəhəngləri ilə ilk pillələri bölüşməklə xalqımızı qürurlandırmaqda davam edir".

TodayPress TV

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər