Film çəkilişiylə bağlı xarici prodüserlər üçün güzəşt müəyyənləşir

Film çəkilişiylə bağlı xarici prodüserlər üçün güzəşt müəyyənləşir
10.02.2026 13:46 Daxili siyasət

Azərbaycanda film çəkilişiylə bağlı xarici prodüserlər üçün güzəşt müəyyənləşir.

TodayPress TV xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Kinematoqrafiya haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, xarici prodüserləri Azərbaycan Respublikasının ərazisində film istehsalına cəlb etmək üçün təşviqedici tədbirlərin həyata keçirilməsi kinematoqrafiyaya dövlət himayəsinin əsas formaları sırasına daxil edilir. Xarici prodüserləri Azərbaycan Respublikası ərazisində film istehsalına cəlb etmək məqsədilə filmlərin istehsalı üçün çəkilmiş xərclər qismən geri ödəniləcək.

Xarici və birgə istehsal filmlərinin istehsalı üçün çəkilmiş xərclərin qismən geri ödənilməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada və şərtlərlə həyata keçiriləcək.

Qanun layihəsinə görə, xarici prodüser əcnəbi və ya vətəndaşlığı olmayan şəxs və ya xarici hüquqi şəxs olan prodüserdir.

Layihə səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.

TodayPress TV

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər