Ət, heyvan və quş cəmdəklərinin baytarlıq damğası ilə nişanlanması məcburi olacaq

Ət, heyvan və quş cəmdəklərinin baytarlıq damğası ilə nişanlanması məcburi olacaq
24.09.2025 11:50 Daxili siyasət

Ətin, heyvan və quş cəmdəklərinin, digər ət məhsullarının ekspertiza aktı əsasında baytarlıq damğası və ştampları ilə nişanlanması məcburi olacaq.

TodayPress TV xəbər verir ki, bu, Baş nazir Əli Əsədovun qərarı ilə Baytarlıq normalarına cavab verən məhsulların sahibinə həmin məhsulların satışına icazə verən ekspertiza aktının təqdim edilməsi və ya məhsulun (ətin, heyvan və quş cəmdəklərinin, digər məhsulların) üzərində nişan qoyulması Qaydaları”nda edilən dəyişiklikdə əksini tapıb.

Qərara əsasən, ət və ət məhsullarının, həmçinin digər heyvan mənşəli məhsulların müayinədən keçirilməsini müəssisə və təşkilatların baytarlıq istehsalat-nəzarət bölməsində çalışan və Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən uçota alınmış baytarlıq mütəxəssisləri həyata keçirəcəklər.

TodayPress TV

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər