Doğum gününüz mübarək, CƏNAB PREZİDENT!

Doğum gününüz mübarək, CƏNAB PREZİDENT!
24.12.2025 12:08 Daxili siyasət

24 dekabr Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin doğum günüdür. Bu gün, müasir Azərbaycan dövlətçiliyinin formalaşmasında və Qarabağ probleminin həllində həlledici rol oynayan bir liderin fəaliyyətini qiymətləndirmək üçün xüsusi əhəmiyyət daşıyır.


İlham Əliyevin prezidentliyinin əsas xəttini ölkənin ərazi bütövlüyünün bərpası təşkil edib. Onun uzun illər ərzində apardığı ardıcıl siyasət, diplomatik səbiri, güclü ordu quruculuğu və xalqın iradəsinə arxalanan liderliyi Qarabağ münaqişəsinin həllini mümkün etdi. Prezidentin qətiyyətli mövqeyi və strateji hazırlığı nəticəsində 2020-ci ildə 44 günlük Vətən müharibəsində tarixi Zəfər qazanıldı və Azərbaycan öz ərazilərini işğaldan azad etdi.


Müharibə dövründə İlham Əliyevin həm siyasi meydanda, həm də informasiya müharibəsində sərgilədiyi möhkəm mövqe ölkənin beynəlxalq legitimliyini daha da gücləndirdi. 2023-cü ilin sentyabrında keçirilən lokal antiterror tədbirləri ilə Qarabağda Azərbaycanın tam suverenliyi bərpa olundu və separatçılığa son qoyuldu. Bu, Prezident İlham Əliyevin illərlə qurduğu strategiyanın məntiqi nəticəsi idi.

Bu gün Qarabağda genişmiqyaslı bərpa və yenidənqurma prosesi gedir. Ağıllı şəhərlər və kəndlər, yeni yollar, hava limanları, enerji layihələri bölgənin tamamilə yeni simasını formalaşdırır. Dövlət başçısının rəhbərliyi ilə Qarabağ və Şərqi Zəngəzur modern inkişaf modelinə çevrilir və Böyük Qayıdış həyata keçirilir. Eyni zamanda Azərbaycan iqtisadiyyatı sürətli şəkildə inkişaf edir, ölkənin nüfuzlu hər keçən gün artır. 


Daxili siyasətdə İlham Əliyev əhalinin rifahını artırmağa xüsusi diqqət göstərir. Təhsil və səhiyyə sahələrinin gücləndirilməsi, iqtisadiyyatın diversifikasiyası, investisiya mühitinin yaxşılaşdırılması və regionlarda yeni iş yerlərinin yaradılması istiqamətində mühüm addımlar atılıb. Nəticədə Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf edir, vətəndaşların həyat səviyyəsi yüksəlir və sosial rifah təmin olunur. 

Prezident İlham Əliyev xarici siyasəti ilə Azərbaycanı regional və beynəlxalq güc mərkəzinə çevirib. ABŞ və digər beynəlxalq tərəfdaşlarla qurulan möhkəm dialoq, mühüm səfərlər və sülh təşəbbüsləri ölkənin beynəlxalq nüfuzunu artırıb. İlham Əliyevin strateji mövqeyi sayəsində bu gün Azərbaycanın regional və qlobal arenadakı rolu nəzərə alınmadan qərar qəbul edilmir.

Ölkə başçısının uğurlu siyasi iradəsi nəticəsində bu il əldə edilən ən mühüm nailiyyətlərdən biri də avqustun 8-də keçirilən Vaşinqton görüşü olub.

Qeyd edək ki, məhz həmin görüşdə Prezident İlham Əliyev, ABŞ lideri Donald Tramp və Ermənistan Baş naziri Nikol Paşinyan sülh sazişini paraflamışdı.


Prezident İlham Əliyevin doğum günü, həm də zəfərin, sabitliyin və güclü dövlətçilik ənənəsinin rəmzi kimi dəyərləndirilir. Bu liderliyin nəticəsində Azərbaycan tarixinin ən mühüm hədəfi – Qarabağın azadlığı və ölkəmizin  suverenliyinin tam bərpası gerçəkliyə çevrilib.  

Bu gün dövlət başçısının 64 yaşı tamam olur. Doğum gününüz mübarək CƏNAB PREZİDENT!

XƏBƏR LENTİ
01 IYUN 2026
Paris nəhəngi yay üçün ulduz ovuna başlayıb! 11:22 Şiələr “Ağ Ev"i ələ keçirdilər – Dünya belə "savaş" görməyib... 11:20 Prezident: Zəngəzur dəhlizi mütləq inşa ediləcək 11:17 Zakir Həsənov Gürcüstan Baş naziri ilə görüşdü - Nələr müzakirə edildi? 11:14 Azərbaycan Prezidenti: Qlobal enerji təhlükəsizliyinə töhfəmiz mütləq artacaq 11:00 BMT ortada qaldı - ABŞ və Çin borclarını ödəmədi 10:59 Azərbaycanın pley-off həyəcanı: rəqib Qazaxıstandır! 10:57 Qızıl və gümüş almaq istəyənlərin NƏZƏRİNƏ! 10:48 İlham Əliyev: Azərbaycanın iqtisadi göstəriciləri çox müsbətdir 10:44 Prezident: Dünya qazıntı yanacağı olmadan yaşaya bilməz 10:42 Azərbaycanlı mühəndisin müəllifi olduğu orbital raket partladı 10:40 Kart ödənişlərində yeni qayda - komissiyalara limit... 10:39 İranla bağlı gözlənilməz açıqlama: Hamı rahat olsun, razılaşma olacaq! 10:37 Putin Paşinyanı təbrik etdi 10:34 Prezident: Xəzər Neft və Qaz Sərgisi müasir Azərbaycanın enerji inkişafının təməlini qoydu 10:30 ŞAD XƏBƏR! İyunda 10 gün iş olmayacaq.... 10:26 İtkin düşən Azərbaycan vətəndaşlarının sayı yeniləndi 10:24 Bu gün 14:00-da... — 4 vaqon yola düşəcək! 10:19 Luis Enrike Avropanı fəth etdi, Makron heyranlığını gizlətmədi! 10:06 Məsud Pezeşkian istefa verib? 10:05 Prezident “Baku Energy Forum”un rəsmi açılış mərasimində iştirak etdi - YENİLƏNDİ 10:02 İkinci Dünya müharibəsindən qalan bomba illər sonra partladı: Dəhşətli görüntülər! 09:59 Təbii qazın yeni qiyməti müəyyənləşdi 09:57 Kaleb Orr Azərbaycanda səfərdədir 09:45 Britaniya və Fransa Rusiyaya qarşı əməliyyat keçirdi 09:40 Bütün Xəbərlər