Baş nazir: "Statistika Cəmiyyətin, ölkənin inkişafında mühüm rol oynayır"

Baş nazir: "Statistika Cəmiyyətin, ölkənin inkişafında mühüm rol oynayır"
24.09.2025 10:36 Daxili siyasət

"Prezidentin tapşırığı ilə Azərbaycan höküməti dəstək olaraq, son 6 il ərzində statistikanın inkişafına xüsusi proqramlar yaradılıb".

TodayPress TV xəbər verir ki,  bunu Azərbaycanın Baş naziri Əli Əsədov “Statistikanın inkişaf perspektivləri: beynəlxalq layihələrin rolu” mövzusunda 3-cü Beynəlxalq Statistika Forumunda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, statistikanın istənilən cəmiyyətin, ölkənin inkişafında xüsusi rolu var.

"Statistik göstəricilər atılan addımların düzgün dəyərləndirilməsinə şərait yaradır. Bu səbəbdən, statistika istənilən cəmiyyətin, ölkənin və sahənin inkişafında mühüm əhəmiyyət daşımalıdır. Prezidentin Forum iştirakçılarına ünvanladığı müraciətdə də vurğulandığı kimi, rəqəmsal inkişaf, İT texnologiyaları, süni intellekt və müasir metodların tətbiqi statistikanı daha dəqiq, çevik və əlçatan edir".

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər