Azərbaycan Prezidenti: Süni intellektin tətbiqi dövlət qurumlarında geniş vüsət almalıdır
Süni intellektin tətbiqi dövlət qurumlarında geniş vüsət almalıdır. Bu gün bu sahədə aparıcı ölkələrdə bu belədir.
TodayPress TV xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirədə səsləndirib.
“Hətta mənə verilən məlumata görə, bu sahədə inkişaf etmiş bəzi ölkələrdə dövlət məmurlarının gündəlik fəaliyyətinə də süni intellekt agentləri, - belə adlandırılır, - kömək göstərir”, - deyə dövlətimizin başçısı qeyd edib.
Prezident İlham Əliyev
Süni intellekt
“Azərbaycanın yeni rəqəmsal arxitekturası”
Müşavirə
Todaypress.tv