ANAMA və FAO minatəmizləmə sahəsində əməkdaşlığı müzakirə etdi

ANAMA və FAO minatəmizləmə sahəsində əməkdaşlığı müzakirə etdi
11.02.2026 15:04 Daxili siyasət

Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycandakı nümayəndəsi Nasar Hayat ilə minatəmizləmə sahəsində gələcək əməkdaşlığı müzakirə edib.

TodayPress TV xəbər verir ki, bu barədə ANAMA məlumat yayıb.

Tərəflərin görüşü zamanı Azərbaycanın üzləşdiyi mina problemi və bu problemin aradan qaldırılması istiqamətində icra edilən fəaliyyətin gedişatı barədə qonağa geniş təqdimat edilib.

Həmçinin humanitar minatəmizləmə sahəsində gələcək əməkdaşlıq perspektivləri və qarşılıqlı maraq kəsb edən digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

TodayPress TV

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər