Rusiya Zəngəzur dəhlizinin keçəcəyi kəndi nəzarətə aldı - TƏCİLİ

Rusiya Zəngəzur dəhlizinin keçəcəyi kəndi nəzarətə aldı - TƏCİLİ
11.06.2026 12:38 Cəmiyyət

Ermənistanlı jurnalist Jirayr Voskanyan Rusiyanın Zəngəzur bölgəsində hərbi mövcudluğunu artırdığını iddia edib.

TodayPress TV Modern.az-a istinadən xəbər verir ki,  erməni mətbuatı məlumat yayıb.

Məlumata görə jurnalist Meğri rayonunda yerləşən əsas yollarda Rusiya hərbçilərinin hələ də fəaliyyət göstərdiyini bildirib.

Onun sözlərinə görə, Ermənistan hakimiyyəti rus hərbçilərinin həmin ərazilərdən çıxarıldığını bəyan etsə də, onlar yerli və xarici vətəndaşlara qanunsuz olaraq müxtəlif məhdudiyyətlər tətbiq etməkdə davam edirlər.

Voskanyan iddia edib ki, seçkilərdən sonra Avropa ölkələrindən və Ermənistanın digər bölgələrindən Meğriyə gələn şəxslərin avtomobilləri Nüvədi kəndi (erm. Nrnadzor) istiqamətində Rusiya hərbçiləri tərəfindən saxlanılıb. Bildirilib ki, Meğri qeydiyyatda olmayan Ermənistan və xarici ölkə vətəndaşlarından Nüvədi kəndinə daxil olmaq üçün xüsusi icazə tələb olunur.

Jurnalist xatırladıb ki, sözügedən yol Zəngəzur dəhlizinin keçməsi nəzərdə tutulan marşrut üzərində yerləşir. O iddia edib ki, saxlanılan şəxslər bir neçə saat gözlədildikdən və dindirildikdən sonra Meğri polis şöbəsinə aparılıblar.

Voskanyan Ermənistanın aidiyyəti qurumlarını məsələyə aydınlıq gətirməyə çağıraraq, Rusiya hərbçilərinin Zəngəzurda hansı hüquqi əsaslarla fəaliyyət göstərdiyi və onların yerli sakinlərin hərəkət azadlığını məhdudlaşdırmaq səlahiyyətlərinin kim tərəfindən verildiyi ilə bağlı suallar ünvanlayıb.

Xatırladaq ki, Nüvədi kəndi Zəngəzurun qədim Azərbaycan kəndlərindən biri sayılır. Yerli azərbaycanlılar 1991-ci ilin avqustunda Ermənistan hakimiyyəti tərəfindən kəndi tərk etməyə məcbur edilib.

TodayPress TV

XƏBƏR LENTİ
11 IYUN 2026
Bütün Xəbərlər