Qasım Məmmədovun yerinə o təyin edildi

Qasım Məmmədovun yerinə o təyin edildi
02.02.2026 11:45 Cəmiyyət

Baş Prokurorluğun İstintaq İdarəsinin rəisinə yeni müavin təyin edilib.

TodayPress TV xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, bununla bağlı baş prokuror Kamran Əliyev müvafiq əmr imzalayıb.

Əmrə əsasən, ədliyyə müşaviri Anar Mirkişiyev İstintaq İdarəsinin rəisi Nemət Əvəzovun müavini vəzifəsinə təsdiqlənib.

Qeyd edək ki, A.Mirkişiyevin indi təyin edildiyi vəzifəni daha əvvəl Qasım Məmmədov tutub. Q. Məmmədov ötən ilin sentyabr ayından respublika hərbi prokurorunun müavinidir.

TodayPress TV

XƏBƏR LENTİ
20 IYUN 2026
Bütün Xəbərlər