Polis əməkdaşları arasında silahsız özünümüdafiə üzrə çempionat keçirildi

Cəmiyyət

05.05.2026 17:47

Nəsimi Rayon Polis İdarəsində Ulu öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş polis əməkdaşları arasında silahsız özünümüdafiə və əlbəyaxa döyüş üzrə çempionat keçirilib.

TodayPress TV xəbər verir ki, tədbirdə rayon polis idarəsinin, icra hakimiyyətinin və Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətinin nümayəndələri iştirak ediblər.

Əvvəlcə Ulu öndər Heydər Əliyevin, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Dövlət Himni səsləndirilib. Çıxış edən qonaqlar yarış iştirakçılarına uğurlar arzu ediblər. Yarışda Nəsimi Rayon Polis İdarəsinin 85 əməkdaşı 5 çəki dərəcəsində mübarizə aparıb.

Silahsız özünümüdafiə və əlbəyaxa döyüş növləri olmaqla 2 mərhələdə keçirilən çempionatda qalib gələn polis əməkdaşları medal, diplom və xatirə hədiyyələri ilə təltif ediliblər.

TodayPress TV

tag: DİN,Polis,Yarış,Çempionat,Todaypress.tv,