Ombudsman Aparatına ünvanlanmış əsas müraciətlər hansı məsələləri əhatə edir?

Cəmiyyət

15.12.2025 12:19

2025-ci ilədək Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinə (ombudsmanın) ünvanlanmış, o cümlədən ombudsman tərəfindən keçirilən vətəndaş qəbulları zamanı əsas müraciətlər məhkəmə qərarlarından narazılıq, məhkəmə qərarlarının icra olunmaması, cinayət işinin istintaqının qeyri-obyektiv aparılması, cəzaçəkmə müəssisələrindən şikayətlər, əlillik vəziyyətinin qiymətləndirilməsi ilə bağlı Tibbi-Sosial Ekspert Komissiyalarının (TSEK) qərarlarından narazılıq, ünvanlı sosial yardımın təyin olunmamasından narazılıq, maddi-məişət şəraitinin müayinə olunmasının gec həyata keçirilməsi, bir sıra dövlət orqanlarının rəhbər şəxslərinin qəbuluna düşməkdə çətinliklər, tibb müəssisələrində müayinə və müalicə məsələləri ilə bağlı şikayətləri əhatə edib.

Bu barədə TodayPress TV-nin sorğusuna cavab olaraq, Ombudsman Aparatından məlumat verilib.

Məlumatda, həmçinin bildirilib: “Rüblük statistikalarda Çağrı mərkəzinə məzmun üzrə çoxsaylı müraciətlərin daxil olduğu qeyd edilib. Həmin müraciətlər əsas etibarilə kommunal və sosial problemlər, müayinə və müalicə, təhsil məsələləri, müraciətlərin qeydə alınmaması, məhkəmə qərarının icra edilməməsi, əmək mübahisəsi, ehtimal olunan qeyri-obyektiv təhqiqat və istintaq, qanunsuz saxlama, mülkiyyət məsələləri, şəxsin öz iradəsi ilə tərk edə bilmədiyi müəssisələrdə görüş hüququ və digər məzmunda olub”.

Qeyd edək ki, ombudsmanın hər il açıqladığı illik məruzələrdə hüquq pozuntuları ilə bağlı ətraflı məlumatlar yer alır. 2025-ci il üzrə illik məruzə təqdim edildikdən sonra cari ilə dair məlumatlar da ictimaiyyətə açıqlanacaq.

TodayPress TV

tag: Ombudsman,Aparat,Müraciət,Sorğu,Todaypress.tv,