Naxçıvanda Duz Muzeyi niyə ləğv edildi?

Cəmiyyət

11.11.2025 14:45

Naxçıvanda Duz Muzeyi ləğv olunub.

TodayPress TV xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyindən bildirib.

Məlumata görə, muzeydəki eksponatlar Naxçıvan Dövlət Tarix Muzeyinə veriləcək və burada xüsusi guşədə sərgilənəcək.

Nazirliyin məlumatına görə, Naxçıvan Dövlət Tarix Muzeyi xalqın tarixi, mədəniyyəti, yeraltı və yerüstü sərvətlərinin nümayiş olunduğu, həm yerli, həm də xarici qonaqlar tərəfindən daha çox ziyarət edilən məkandır. Bu səbəbdən ləğv edilmiş Duz Muzeyinə aid eksponatların həmin muzeyin fonduna keçirilməsi qərara alınıb.

Qeyd edilib ki, Duz Muzeyi Muxtar Respublika Ali Məclisi sədrinin 12 sentyabr 2017-ci il tarixli sərəncamı ilə yaradılıb. İlk illərdə muzey Duzdağ otelində yerləşib, burada bir ekspozisiya zalı və iki xidmət otağı fəaliyyət göstərib. 2023-cü ildə otelin balanssaxlayıcısı dəyişdiyindən muzey “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksinə köçürülüb.

Ümumilikdə, muzeydə 138 eksponat olub və onların əksəriyyəti duz materialından hazırlanıb.

TodayPress TV


tag: Naxçıvan ,Duz Muzeyi ,Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi, Naxçıvan Dövlət Tarix Muzeyi,Todaypress.tv,