Magistral xəttin üzərində tikilən evlər su təchizatına ciddi problem yaradır

Magistral xəttin üzərində tikilən evlər su təchizatına ciddi problem yaradır
22.07.2025 13:17 Cəmiyyət

Paytaxtın bəzi ərazilərində su təchizatını həyata keçirən infrastruktur üzərində tikintilərin yerləşməsi acınacaqlı vəziyyət yaradır. Belə hallardan biri Binəqədi rayonu M.S.Ordubadi küçəsində baş verib. Ötən həftə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin müvafiq sukanal idarəsinə "955" Çağrı Mərkəzindən daxil olan məlumat əsasında əraziyə qəza xidməti cəlb olunub. Aparılan monitorinq zamanı qəzanın 1400 mm diamterli Kür-1 magistral su kəmərininin üzərində tikilən vətəndaşa məxsus həyətyanı sahə ilə evin mühafizə hasarının arasında baş verdiyi aşkarlanıb. 

Bu barədə TodayPress TV-yə ADSEA-dan məlumat verilib

Qazıntı işləri aparılan zaman evin bünövrəsinin zədələnməməsi üçün xəttə verilən su dayandırılıb, xəttin içərisində olan su tamamilə təxliyə olunaraq borunun daxili hissəsində qaynaq işləri aparılıb. Təbii ki, belə bir vəziyyətdə qəzanın aradan qaldırılması müddəti də uzanır. 

Buna baxmayaraq, magistral xətdə baş verən qəza Xidmətin əməkdaşlarının səyi nəticəsində tam aradan qaldırılsa da, evlərin məhz xəttin üzərində tikilməsi səbəbindən şəbəkənin digər bir hissəsində yenidən qəza baş verib. Bu səbəbdən təmir işləri planlaşdırılmış müddətdən artıq davam etdirilib. Eyni zamanda, xəttə birbaşa müdaxilənin qeyri-mümkünlüyü bərpa işlərini daha da çətinləşdirib. Bütün çətinliklərə baxmayaraq qəza briqadasının səyləri nəticəsində xəttin zədələnmiş hissəsi bərpa olunub və abonentlərin su təchizatı əvvəli rejm üzrə təmin edilib. 

Magistral xətlərin üzərində qanunsuz tikintilərin olması su təchizatının idarə olunmasına ciddi əngəl yaradır. Belə tikililər infrastrukturun sıradan çıxmasına səbəb olur.

FOTOLAR

Magistral xəttin üzərində tikilən evlər su təchizatına ciddi problem yaradır — 1
Magistral xəttin üzərində tikilən evlər su təchizatına ciddi problem yaradır — 2
Magistral xəttin üzərində tikilən evlər su təchizatına ciddi problem yaradır — 3
XƏBƏR LENTİ
01 IYUN 2026
GERİ SAYIM BAŞLADI : Ermənistanın taleyi həll olunur 13:43 Putin Paşinyanla telefon danışığı apardı 13:36 İngiltərə futbolunun simvolu yaşıl meydanlarla sağollaşdı! 13:28 Minlərlə uşaq məktəbəhazırlıq qruplarını başa vurdu 13:20 Hava kəskin dəyişir - Bakıya yağış yağacaq? 13:07 BP AÇG-də sərbəst təbii qaz hasilatına başladı 12:58 Fətəliyeva lideri təqib edir, ilk üçlükdə qərarlaşıb! 12:51 Ötən ay 7 500 hektardan çox ərazi minalardan təmizlənib 12:47 Viza müraciətlərində YENİ DÖVR - Azərbaycan vətəndaşları... 12:28 İran BƏƏ-nin hava bazasına zərbə endirdi 12:24 FACİƏ! 11 yaşlı qız 7-ci mərtəbədən yıxılaraq öldü 12:12 BMT-nin Baş katibi İlham Əliyevi təbrik etdi 12:08 Netanyahu fars imiş - DNT-si açıqlandı 12:03 Prezident “Baku Energy Forum”un rəsmi açılış mərasimində iştirak etdi - YENİLƏNDİ 2 10:02 Diplomatik danışıqlar iflasa uğrayır? ABŞ-nin Küveytdəki bazası vuruldu - VİDEO 11:50 Yayın ən səs-küylü transferlərindən biri reallaşa bilər! 11:43 Putindən bələdiyyə rəhbərləri ilə bağlı kritik sənəd: 1 oktyabradək vaxt verildi! 11:39 KTM: May ayında 85 nəfər zəhərlənib 11:39 İlham Əliyev "Bakı Enerji Həftəsi"nin iştirakçılarına müraciət ünvanladı 11:34 Paris nəhəngi yay üçün ulduz ovuna başladı! 11:22 Şiələr “Ağ Ev"i ələ keçirdilər – Dünya belə "savaş" görməyib... 11:20 Prezident: Zəngəzur dəhlizi mütləq inşa ediləcək 11:17 Zakir Həsənov Gürcüstan Baş naziri ilə görüşdü - Nələr müzakirə edildi? 11:14 Azərbaycan Prezidenti: Qlobal enerji təhlükəsizliyinə töhfəmiz mütləq artacaq 11:00 BMT ortada qaldı - ABŞ və Çin borclarını ödəmədi 10:59 Bütün Xəbərlər