İyun ayında ilansancma ilə əlaqədar KTM-ə neçə müraciət edilib?
Bu ilin iyun ayı ərzində ilansancma ilə əlaqədar Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinə 17 nəfər qəbul olunub.
Bu barədə Mərkəzin mətbuat xidmətindən TodayPress TV-yə verilən məlumata görə, zəhərlənən şəxslərin hər birinə zəruri tibbi yardım göstərilib.
İlan sancan şəxslər arasında ölüm halı qeydə alınmayıb.
Xatırladaq ki, ilansancma ilə əlaqədar KTM-in Toksikologiya şöbəsinə apreldə 1, mayda 6 nəfər müraciət edib.